Çində 7 bal gücündə zəlzələ olub

8 Avqust 2017 19:08 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, hadisə vilayətin Ciucayqou vadisində yerli vaxtla saat 21:19-da (Bakı vaxtı ilə 17:19) qeydə alınıb.

Çin Milli Zəlzələ Şəbəkəsinin zəlzələnin episentrinin yer səthindən 20 kilometr dərinlikdə olduğunu bildirib.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

AzNews.az