“Ermənistan Qərbin köməyi ilə ikinci hərb nazirliyi yaradır” - Mübariz Əhmədoğlu

9 Avqust 2017 10:15 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyi daha çox siyasətlə məşğuldur. Ehtimal ki, ona görə bəzi hərbi proseslər Fövqəladə Hallar Nazirliyinə verilir. Fövqəladə hallar naziri David Tonoyan müdafiə nazirinin müavini işləyərkən Qərb dövlətləri və NATO ilə əlaqələri kurasiya edirdi. 2016-cı ilin fevralında Ermənistan ordusunun statik müdafiədən Azərbaycan ordusunu cilovlama konsepsiyasına keçidi NATO-da razılaşdıran da məhz D.Tonoyan idi.

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin son variantda və ya modeldə nazirlik kimi təsdiqinin müəllifi Qərb idi. Qərb dövlətləri Ermənistanın Fövqəladə Hallar Nazirliyini Rusiyanın Ermənistanın daxilindəki hərbi qüvvələrinə qarşı qoymaq üçün hazırlayır.

Fövqəladə hallar naziri D.Tonoyan çox aktivdir. Geosiyasi istiqamətinə baxmayaraq müxtəlif dövlətlərlə və qurumlarla görüşlər keçirib: RF, KTMT, Gürcüstan, ABŞ, Aİ, NATO, BMT və s. Amma real işi Qərb istiqamətində qurub. Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin ABŞ, Böyük Britaniya və NATO tərəfdən daha çox dəstəklənməsi diqqəti xüsusilə çəkir. Ona görə ABŞ və Böyük Britaniya hərbçiləri ilə birlikdə Ermənistanın daxilində geniş miqyaslı hərbi təlim keçirdi. Xüsusi olaraq qeyd edək ki, ABŞ və Böyük Britaniyanın təmsilçiləri öz ölkəsində müdafiə nazirliyinə tabe olan strukturların əməkdaşları idi.

Fövqəladə Hallar Nazirliyi Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarında geniş miqyaslı işlər başlayıb. Bu Fövqəladə Hallar Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinin funksiyalarına sahiblənməsinə deməyə əsas verir.

Ermənistan Fövqəladə Hallar Nazirliyi Metsamor AES-in fəaliyyəti nəticəsində ehtimali fövqəladə halların aradan qaldırılması istiqamətində heç bir təlim reallaşdırmayıb. Bu fikri Ermənistanın digər riskli sahələrinə də aid etmək olar.

Azərbaycan və Türkiyə istiqamətində hərbi təxribatlar törətmək imkanı Ermənistanın daxili və xarici siyasətində ən vacib parametrlərindəndir.

Bir azdan təbii fəlakətlərin profilaktikası Ermənistanın Fövqəladə Hallar Nazirliyi üçün prioritet fəaliyyət istiqamətinə çevriləcək. Dolu, tufan Türkiyə və Azərbaycan tərəfdən də Ermənistana daxil ola bilər. Dolunu antidolu raketlə məhv etmək Ermənistanın Fövqəladə Hallar Nazirliyinin funksiyasıdır. Antidolu raketi guya səhvən başqa raket də əvəzləyə bilər.

İnansanız, inanmasınız da nazir D.Tonoyan belə fikirləşir və S.Sərkisyanı buna inandırıb.

Mübariz Əhmədoğlu

AzNews.az