Keçmiş baş həkim qəzada öldü, 4 nəfər yaralandı - Video

9 Avqust 2017 16:25 (UTC+04:00)

ARB 24 xəbər verir ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə "Niva"nın sürücüsü və sərnişini Rauf Şirinov və Zahid Şirinov həmçinin "Mercedes" də olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

O, Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qəzanın səbəbləri araşdırılır.

AzNews.az