Xətaidə yaşayış binasında yanğın olub

9 Avqust 2017 19:47 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az