Gülər Əhmədovanın səhhətində problem yaranıb

15 Fevral 2013 16:21 (UTC+04:00)
Barəsində həbs qəti-imkan tədbiri seçilən sabiq millət vəkili Gülər Əhmədovanın vəkili ilə görüşü baş tutub.

Vəkil Eldar Qədimi "Qafqazinfo"ya açıqlamasında eks-millət vəkilinin səhhətinin pisləşdiyini deyib: "Vəziyyəti yaxşı deyil. Ürəyi ağrıyır, şəkəri qalxıb, ağciyər genişlənməsi var. Hazırda orada müayinə edirlər, lakin kömək edə bilməsələr, yəqin ki, başqa variant düşünəcəyik".

AzNews.az