Adriana Lima keçmiş sevgilisindən danışdı - “O, homoseksualdır”

10 Avqust 2017 10:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Nyu Yorkdakı evində keçmiş sevgilisi tennisçi Miltiadis Kastanis ilə birlikdə olduğu iddia edilən braziliyalı supermodel milyonlarla izləyicisinin olduğu sosial şəbəkə hesabında uzun bir şərh yazıb.

Lima Kastanisin homoseksual olduğunu açıqlayaraq, "ailəsinin bir parçası" olduğunu dilə gətirib. Türkiyə mediasında çıxan xəbərlərə də üsyan edən Lima, bu şərhi edib:

"Bu gün İnstagramda bütün bunlara aydınlıq gətirirəm. Yuxarıda yazılan Türk dilində ifadələri başa düşməsəm də mənim sədaqətlə bağlı olduğum sevgilim Mətin haqqında söz-söhbətlər gəzir. Bəli, Mətin mənim sevgilimdir. Digər gördüyünüz adam isə homoseksual dostum Miltiadis Kastanisdir. Bəli, 'homoseksual dostum' dedim və ailəmin bir parçasıdır. Türkiyəyə aşiq olma səbəbim isə bu ölkədən və insanlarından hiss etdiyim böyük sevgidir. Bu səbəblə mənim və Mətinin şəxsi həyatına hörmət göstərin və lütfən yalan xəbər yazmayın. Mətinlə sevgili olduğum müddətdən bəri bu vəziyyət davam edir. Mənim onunla birlikdə xoşbəxt olduğumuz gerçəyini qəbul edin. Bu ölkəyə olan sevgimə gəlsək, dəyişmədi. Anlayışınız üçün təşəkkür edirəm. Bütün ürəyimlə sizi sevirəm, geri dönmək üçün səbirsizlənirəm".