Mərdəkanda “VAZ-2106” markalı avtomobil qaçırılıb

10 Avqust 2017 12:14 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 9-na keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindən qəsəbə sakini Elmar Ocaqquliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emil Kərimov tutulub.

Avtomobil həmin gün səhər saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində tapılıb.