Nazirliyə şikayət edildi - Ağac kəsilməsi ilə bağlı

10 Avqust 2017 13:38 (UTC+04:00)

ETSN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nazirliyin “Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.