Peykimiz 19 fevralda orbitə çatır

15 Fevral 2013 16:33 (UTC+04:00)

ASC-dən bildiriblər ki, bu günün sonunadək günəş batareyaları və anten reflektorları panellərinin aşılması gözlənilir, bundan sonra peyk işçi mövqenin təyinat nöqtəsinə hərəkət etməyə başlayacaq.
"Fevralın 19-dan sonra və təxminən martın əvvəlinədək sınaq işləri aparılacaq, bundan sonra peyk tamamilə "Azərkosmos"un idarəçiliyinə keçəcək", - ASC-dən deyiblər.

AzNews.az