Masallıda ikimərtəbəli ev yanıb

10 Avqust 2017 20:05 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Köhnə Alvadı kəndində ümumi sahəsi 286 kvadratmetr olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 28 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az