AzNews.az “APA”ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində 4 mərtəbəli binada qeydə alınıb.
İkinci mərtəbədə çanaq antenası quran 1961-ci il təvəllüdlü Nəbi İmanov hündürlükdən yerə yıxılıb. Ağır xəsarət alan usta hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
AzNews.az