Azərbaycan neftinin son qiyməti - 0,8% bahalaşıb

12 Avqust 2017 00:00 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 10-da 53,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 10-da 51,29 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 10-da 52,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

AzNews.az