Dənizdən 9 yaşlı uşağın meyiti çıxarıldı

13 Avqust 2017 19:25 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, 12.08.2017-ci il tarixində Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi 13.08.2017-ci il tarixində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 16:45-də başa çatıb.