Restoran hücuma məruz qaldı – 17 nəfər öldürüldü (Video)

14 Avqust 2017 09:41 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı naməlum silahlılar qarşılarına çıxan hər kəsə atəş açıblar. Nəticədə 17 nəfər öldürülüb. Təhlükəsizlik qüvvələri silahlılardan 3 nəfəri öldürə biliblər. Hücumun terror aktı olduğu bildirilir. Lakin hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, Burkina Fasoda “əl-Qaidə” terror qruplaşması fəallığını artırıb.

Bəxtiyar Abbasov

AzNews.az