7 narkobaron həbs olunub

16 Fevral 2013 09:14 (UTC+04:00)



Trend-in MEHR agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Narkotiklərlə Mübarizə Təşkilatıın baş katibinin müavini Taha Taheri deyib.
Taheri deyib ki, həmin İranlı narkobaronlar uzun illər axtarışda olublar və qonşu ölkələrdə gizlənirdilər.
Taheri həmçinin əlavə edib ki, ötən 2 ay ərzində 23 nəfər narkotik qaçaqmalçısı həbs olunub.

Onun sözlərinə görə, İran narkotiklərin qaçaqmalçılığının qarşısını almaq məqsədi ilə Əfqanıstanla sərhəddə divar çəkib. "Narkotiklərlə mübarizə sahəsində çətinliklərimiz hələ də qalır, sutkada 1.5 ton narkotik maddə aşkarlanır və müsadirə olunur", -deyə Taheri deyib.

AzNews.az