Külli miqdarda siqaret aşkar edildi - Foto + Video

14 Avqust 2017 14:46 (UTC+04:00)

AzNews.az DGK-ya istinadən xəbər verir ki, baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb. Sonra həmin metal lövhələr açılıb və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilib, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, 800 ədəd üzərində "GSS", 1800 ədəd üzərində "Brilliant", 5000 ədəd üzərində "OSCAR", 6000 ədəd üzərində "KİNG", 8000 ədəd üzərində "MM" və 408000 ədəd üzərində "Victory" yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.