Qeydiyyatdan keçib, imtahan verdilər - müsabiqəyə buraxılmadılar (Video)

14 Avqust 2017 22:50 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, müəllim namizədlərin sözlərinə görə, imtahana buraxılmama səbəbləri diplomlarındakı ixtisasdır.

Belə ki, xanəndəlik sahəsində təhsil aldığı əsas gətirilərək onları musiqi müəllimi işləmək üçün nəzərdə tutulan imtahana buraxmayıblar.

Onlar həmçinin bildirib ki, əgər ixtisasları yarasız idisə, o zaman yaxşı olardı ki, əvvəlcədən onlara bu barədə məlumat verilərdi. Namizdədlər də bu qədər əziyyət çəkməzdi.

Gəncləri ən çox narahat edən isə indi əllərindəki diplomun nə iş yarayacağıdır.

Məsələ ilə bağlı Təhsil nazirliyinin mövqeyini öyrəndik.Nazirlikdən xəzər xəbərə bildrildiki,burda sadəcə olaraq qeydiyyat zamanı diqqətli olub bəzi nüanslara fikir vermək lazım idi

Bu o deməkdir ki, namizədlər müəllim kimi yox, diplomda yazılan ixtisas üzrə işləmək məcburiyyətindədir.