Türkiyədə dəhşətli qəza – Azərbaycanlılar öldü

15 Avqust 2017 11:34 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 qadının öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir. Ölən qadınlar Naxçıvan sakinləridir. Xəsarət alan şəxslər isə İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün idarəetməni itirərək yoldan çıxması olub. Qəza zamanı avtomobil bir neçə dəfə yuvarlanıb və sərnişinlər yol kənarına tökülüb.

Bəxtiyar Abbasov

AzNews.az