Nazpəri Dostəliyevanın prodüserinin toyu təxirə salındı - EKSKLÜZİV

16 Fevral 2013 10:31 (UTC+04:00)



Xalq artisti Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynovun toyu təxirə salınıb. Bu barədə AzNews.az-a danışan prodüser bildirib ki, martın 28-nə təyin olunan toyun təxirə salınmasına səbəb nişanlısının babasının qəfil vəfat etməsi olub. Toy iyunun 15-də olacaq.

M.Hüseynov arxasınca danışan və gördüyü işlərin nəticəsində keyfiyyəti deyil, kəmiyyəti üstün tutan şəxslər haqqında da fikirlərini bölüşüb:

"Dalımca danışanlara demək istəyirəm ki, onlar öz işləriylə məşğul olsunlar. Ağız dolusu layihələrindən və verilişlərindən danışırlar. Veriliş açmaq olar, amma onu saxlamaq üçün arxasında durmağı bacarmalısan. Bir veriliş ki, 15 gün efirdə olarsa… o cür verilişləri babam da açar. Buna layihə demək olmaz. Verilişin sponsorunun pulunu yeyib, üstündən də su içmək lazımdı. Veriliş hazırlayanlarımızın iç üzü budur".

Fuad Mədətov
AzNews.az