Məşhur poliqlotlar – Fotolar

16 Avqust 2017 13:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müxtəlif tarixi şəxsiyyətlər təkcə öz ixtisası, peşəsi ilə deyil, eyni zamanda, çoxlu sayda əcnəbi dil bilməklə də digərlərindən fərqləniblər.

AzNews.az məşhur poliqlotları təqdim edir.

Papa Fransis – Roma Papası. İspan, italyan, alman, fransız, portuqal, ingilis, latın, pyemont dillərini bilir.

Melani Tramp – ABŞ-ın birinci xanımı. İngilis, fransız, italyan, alman, serb-xorvat, sloven dillərini bilir.

Kleopatra – Qədim Misir fironu. Misir və yunan dili ilə yanaşı, 7 dil bilirdi.

Birinci Elizabet – Sabiq İngiltərə kraliçası. Niderland, ispan, fransız, ingilis, italyan, latın, uels, korn, irland, şotland dillərini bilirdi.

Rza Tevfik Bölükbaşı – Türkiyəli filosof, siyasətçi. Ərəb, ingilis, fransız, alman, italyan, ispan, latın, fars, ibri, alban, erməni dillərini bilirdi.

Nikola Tesla – Serbiya əsilli amerikalı ixtiraçı, fizika alimi. Serb-xorvat, sloven, çex, ingilis, fransız, alman, macar, italyan, latın dillərini bilirdi.

Arsen Venger – Arsenal futbol klubunun baş məşqçisi. Fransız, alman, ingilis, ispan, italyan və yapon dillərini bilir.

Joze Mourinyo – Portuqaliyalı baş məşqçi. Portuqal, ispan, italyan, ingilis, fransız dillərini bilir.

Luis Fiqo – Portuqaliyalı sabiq futbolçusu. Portuqal, ispan, fransız, ingilis, italyan dillərini bilir.

Klarens Zeedorf – Niderlandlı sabiq futbolçu. Niderland, surinam, portuqal, ispan, fransız, ingilis, italyan dillərini bilir.

Bəxtiyar Abbasov

AzNews.az