61 yaşlı qadını avtomobil vurdu

16 Avqust 2017 14:10 (UTC+04:00)

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əliyanlı kəndində baş verib.

Belə ki, yolu keçmək istəyən rayon sakini, 1956-cı il təvəllüdlü Lətifə Hümbətova naməlum avtombil tərəfindən vurulub.

Qəza nəticəsində yaşlı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az