Ana və iki azyaşlı övladı yandı - Südlə dolu qazanı...

16 Avqust 2017 17:03 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən qazan aşıb. Nəticədə ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıb.

Onlar dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar.

AzNews.az