Prezident Ali Bonqo Ondimbanı təbrik etdi

16 Avqust 2017 17:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram".