Sabah hava necə olacaq?

16 Fevral 2013 11:25 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, fevralın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-10°, bəzi yerlərdə 13°-dək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10°, bəzi yerlərdə 13°-dək isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

AzNews.az