Balakəndə zəncirvari qəza - 5 nəfər xəsarət aldı - Video

16 Avqust 2017 19:45 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 157-ci kilometrliyində, rayonun Poçtbinə kəndi ərazisində Gərəkli kənd sakini Əli Qarayevin idarə etdiyi “VAZ 21099” , Püştətala kənd sakini Manaf Abdurahmanovun idarə etdiyi “VAZ 21063” və Talalar kənd sakini Xəyal Şabanovun idarə etdiyi “VAZ 21070” toqquşub.

Qəza nəticəsində 26 yaşlı Manaf Abdurahmanov, 43 yaşlı Əli Qarayev, Ramin Mohumov və 36 yaşlı Elçin Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Digər yaralı, Katex kənd sakini 38 yaşlı Ramil Mehdiyev isə lazımi tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.