“Heç bir tədbir olmayacaq” - Mərhum xalq artistinin oğlu

17 Avqust 2017 11:30 (UTC+04:00)

Sənətkarın oğlu Orxan Nadirov AzNews.az-a açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ad günü ilə bağlı hər hansı tədbir keçirilməyəcək:

“Heç bir tədbir yoxdur, olmayacaq da. Səhər tezdən İlhamə xanımın məzarını ziyarət edik. Mənimlə birlikdə Milli Məclisin deputatı Novruz Aslan da getmişdi. Qəbrin üstündə başqa şəxslər də vardı. Yəqin ki, gün ərzində onu sevənlər İlhamə xanımın ziyarətinə gedəcək”.

Orxan Nadirov onu da bildirib ki, gələn il İlhamə Quliyevanın 75 yaşı tamam olur:

“Biz onun yubileyinə hazırlaşırıq”.

Xalq artisti İlhamə Quliyeva uzun sürən xəstəlikdən sonra 2016-ci il fevralın 25-də dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az