Sumqayıtda bina yandı, sakinlər təxliyyə edildi

17 Avqust 2017 19:27 (UTC+04:00)

AzNews.az FHn-nə istinadən xəbər verir ki, ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd “LG” markalı televizor və mebel 3 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən 4 nəfər azyaşlı) təxliyyə olunub. Mənzil yanğından mühafizə edilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.