Azərbaycan dili “Google” səsli axtarış sisteminə daxil edilib

17 Avqust 2017 20:06 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, səsli axtarışda yeni dillərin sırasına Azərbaycan, gürcü, erməni, hind, urdu və s. dillər daxil edilib. Hazırda “Google”un səsli axtarış sistemi 119 dili dəstəkləyir.

Bundan əlavə, “Google” sisteminin ingilisdilli versiyasında istifadəçilər üçün səsli xidmət vasitəsilə emojiləri seçmək imkanı yaranıb.

Qeyd edək ki, “Google” axtarış sistemində müxtəlif xalqların dillərinə xüsusi diqqət yetirilir. Süni intellekt mütəxəssisləri bu və ya digər dilin incəliklərini “öyrədirlər”.