56 yaşlı kişi özünü asdı

18 Avqust 2017 09:50 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə rayonun Kürkənd kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Mütəllim Əhmədağa oğlu Cahangirov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az