15 yaşlı qız itkin düşüb

18 Avqust 2017 10:28 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayon sakini, 2002-ci il təvəllüdlü Xalidə Seyfullayevanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Məlumata görə, X. Seyfullayeva avqustun 5-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

AzNews.az