2 uşaq atasını həmkəndlisi baltalayaraq öldürdü - Video

18 Avqust 2017 21:42 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə rayonun Cimi kəndində qeydə alınıb.

Kənd sakini, 37 yaşlı Alxasov Maarif həmkəndlisi, 34 yaşlı Vətən Əhmədova balta ilə xəsarət yetirib.

Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir. Ölən V.Əhmədov ailəli olub, iki övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.