Zığ şosesində qəza baş verib, yaralanan var

19 Avqust 2017 09:26 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı rayonu Zığ şosesində “Lada” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:49-da başa çatıb.

AzNews.az