Camış qadına ağır xəsarət yetirdi

19 Avqust 2017 10:22 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, rayonun Saloğlu qəsəbə sakini 1974-cü il təvəllüdlü Yaqut İbrahimova özlərinə məxsus təsərrüfatda camışları yerinə ötürmək istəyərkən heyvan ona hücum edib.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

AzNews.az