Azərbaycanda taksi sürücüsü öz avtomobilində yandırılıb

16 Fevral 2013 14:12 (UTC+04:00)
İmişlidə dəhşətli qətl hadisəsi törədilib. İmişli Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb. İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mənsudi Orucov 66 BB 616 dövlət nömrə nişanlı, VAZ 2107 markalı şəxsi avtomobilində yandırılıb.

Qeyd edək ki, M. Orucov avtomobilindən taksi kimi istifadə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az