Putinə paytaxtı dəyişmək təklif olunub

19 Avqust 2017 22:23 (UTC+04:00)

“Report” xəbər verir ki, Krupnov bununla bağlı yeni layihə hazırlayıb. Onun sözlərinə görə, Rusiya “hipermərkəzləşib”, Moskva regionu ölkə əhalisinin 5/1 hissəsini özünə cəmləşdirib.

Demoqraf hesab edir ki, sürətlə davam edən daxili miqrasiya məsələlərinə görə ölkəsi öz geosiyasi üstünlüklərini itirə bilər. Bu səbəbdən Sibir və ölkənin uzaq şərqinin inkişafı prioritet olmalıdır.

Artıq Krupnovun bu təklifinə Rusiyanın bir sıra ekspertləri neqativ rəy bildiriblər. Moskva meri Sergey Sobyanin isə məsələyə sarkazmla yanaşaraq bu işə bir neçə trillion vəsait lazım olacağını xatırladıb. “Əvvəllərdə məmurları Sibirə sürgün edirdilər, lakin daha az xərclə”, - Sobyanin deyib.

AzNews.az