AzNews.az FHN-nə istinadən xəbər verir ki, meşə zolağı yanğından mühafizə olunub.
Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
AzNews.az FHN-nə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
İlkin məlumata əsasən parkın ərazisində kol-kos və quru otluq sahələr yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
AzNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.
Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.
Hazırda yanğın lokallaşdırılmaq üzrədir.