Rusiyada dünya çempionunu küçədə döyüb öldürən azərbaycanlı tutuldu– Foto + Video (Yenilənib)

20 Avqust 2017 21:47 (UTC+04:00)

AzNews.az NTV telekanalına istinadən xəbər verir ki, Allahverənov Xabarovskda yaxalanıb.

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən AmurMedia xəbər yayıb.

***

Puerliftinq üzrə 120 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu Andrey Draçev küçə davasında öldürülüb. Polis idmançını öldürən şəxsin adını açıqlayıb.

AzNews.az NTV telekanalına istinadən xəbər verir ki, Draçevin ölümündə şübhəli bilinən 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlu axtarışa verilib.

Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk üzrə Baş İdarəsinin yaydığı məlumata görə, hazırda polis Allahverənovu axtarır və şəhərin müşahidə kamerasını nəzərdən keçirir.

***

AzNews.az Lenta.ru-ya istinadən xəbər verir ki, Draçevin öldürülməsi müşahidə kameralarına düşüb. Onu döyüb öldürən şəxsin də idmançı olduğu deyilir.

Qatilin kimliyi açıqlanmayıb.