Ramil Quliyevdən növbəti qələbə - Video

20 Avqust 2017 22:00 (UTC+04:00)

AzNews.az Apasport-a istinadən xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı həmyerlimiz dünya çempionluğunun ardınca “Diamond League” ("Brilliant Liqa”) daha bir qızıl medala sahib olub.

Yarışların 2017-ci il Paris mərhələsində 200 m məsafəyə qaçışda ən sürətli olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.