Bəşər Əsəd Qərblə əməkdaşlıqdan imtina etdi – “Ərdoğan siyasi dilənçi rolunu oynayır” (Video)

21 Avqust 2017 10:40 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Əsədin sözlərinə görə, Suriyada müxalif qruplarla əlaqələri kəsməyən heç bir ölkənin səfirliyi bərpa olunmayacaq:

“Əgər terrorçularla və terrorizmə dəstək verən qruplarla əlaqələri kəsməsələr heç bir ölkə ilə təhlükəsizliyə dair əməkdaşlıq etməyəcəyik. Suriyada həmin ölkələrin diplomatik nümayəndəliyi bərpa olunmayacaq”.

“Şərqin hər cür iqtisadi, elmi, mədəni ünsürləri var. Onlar bizimlə hörmətlə əlaqələr qurur, diktə etmir və ya xudbin davranmırlar. Lakin, Qərb dünyası bizə qarşı heç bir zaman bu cür münasibət bəsləməyib. Ərdoğan siyasi dilənçi rolunu oynayır. O istənilən rolu ifa etməyə hazırdır. Çünki, onun terrorizmə dəstək verməsi, dünyaya ifşa olunduqdan sonra o, Türkiyədə öz siyasi müvazinətini itirməyə başladı. Ərdoğan dahi olduğu üçün deyil, Suriyada hələ də terrorçuları dəstəkləməkdə rolu olduğu üçün hakimiyyətdə qaldı. Biz düşmənlərimizə döyüş meydanında və terror yolu ilə əldə edə bilmədiklərini siyasi arenada da etməyə imkan verməyəcəyik”-deyə Əsəd bildirib.

Suriya hərbi qüvvələri artıq ölkədə təhlükəsizliyə nəzarəti ələ alıb və bir sıra dünya lideri Əsədi istefaya çağırmaqdan imtina edib.

Bəxtiyar Abbasov

AzNews.az