Dövlət idarəsindən oğurluq edildi

21 Avqust 2017 13:37 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki MMC-lərdən birinin inzibati binasından və Regional Mədəniyyət və Turizm İdarəsindən mobil telefon, qol saatı, gödəkcə, idman çantası, noutbuk və elektron kart oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan Vüqar Mahmudov tutulub.