“Neftçi” Əhmədova tapşırıldı

21 Avqust 2017 19:38 (UTC+04:00)

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neftçi” Topaz Premyer Liqasının III turu çərçivəsində "Kəpəz” klubu ilə keçiriləcək oyunun hazırlığına sabah start verəcək.

Komandanı oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.

Qeyd edək ki, "Neftçi” – "Kəpəz” matçı avqustun 25-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.