Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

22 Avqust 2017 17:56 (UTC+04:00)

Trend xəbər verir ki, dövlət başçısı bu gün keçirdiyi mətbuat konfransında bütün yanğınsöndürənlərə, xilasedicilərə yanğınla mübarizədə göstərdikləri qəhrəmanlıqlara görə təşəkkür edib. Prezident alovun yaşayış məntəqələrinə təhlükə törətmədiyini deyib.

Gürcüstanda meşə yanğınları avqustun 20-dən davam edir. Külək yanğının tam söndürülməsini çətinləşdirib. Yanğınla bağlı xüsusi qərargah yaradılıb. Azərbaycan Fövqəladə Hallar Nazirliyi əraziyə helikopter göndərib.

AzNews.az