Gecə bu yolda hərəkət məhdudlaşdırılacaq

22 Avqust 2017 20:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu, Sadıqcan Əbilov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.