Bulvarda qadın meyiti tapıldı

23 Avqust 2017 14:35 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qara.

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub.

Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

AzNews.az