Azərbaycanın Gürcüstandakı səfiri FHN-nin düşərgəsində olub

23 Avqust 2017 19:11 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, səfir baş nazir Giorgi Kvirikaşvili və digər rəsmi şəxslərlə görüşüb. G. Kvirikaşvili görüşdə yanğınla mübarizədə Azərbaycan tərəfinin göstərdiyi köməklə əlaqədar prezident İlham Əliyevə təşəkkür edib.

D. Həsənov Azərbaycanın Gürcüstanın yanğınla mübarizəsində ilk köməyə gələn ölkə olduğunu xatırladıb. Səfir Azərbaycan yanğınsöndürənlərinin yanğın tam söndürülənə qədər Gürcüstanda qalmağa hazır olduqlarını diqqətə çatdırıb.

D. Həsənov həmçinin Azərbaycan FHN-nin düşərgəsinə baş çəkərək şəxsi heyətlə tanış olub.