Ramil Quliyev qələbəsini 15 yaşlı şəhidə həsr etdi - Foto

23 Avqust 2017 23:41 (UTC+04:00)

AzNews.az CNN Türk-ə istinadən xəbər verir ki, 27 yaşlı idmançı avqustun 11-də Trabzonda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmada şəhid olan 15 yaşlı Eren Bülbül haqqında xəbər aldığını və bu hadisəyə dünyanın diqqətini cəlb etmək üçün “Əsgər salamı” verdiyini deyib.

“Mükafatlandırma mərasimindən öncə Trabzonda 15 yaşlı qardaşımızın şəhid olduğunu öyrəndim. Çox üzücü xəbər idi. Medal təqdim olunduqdan sonra "İstiqlal marşı" çalınan zaman “Əsgər salamı” verərək Eren Bülbülün xatirəsini andım. Qazandığım medalı ona həsr etmək istədim", - deyə R.Quliyev bildirib.