Polşanın keçmiş prezidenti qəzaya düşdü

24 Avqust 2017 19:35 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Qdansk şəhərində baş verib. "Citroen" markalı avtomobil eks-prezidentin olduğu limuzinlə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Bildirilir ki, limuzində sükan arxasında Hökumət Mühafizə Bürosunun zabiti olub. Avtomobil xüsusi siqnallar işə salınmadan hərəkət edib.

Qəzanın baş verməsində təqsirli olan "Citroen" sürücüsü cərimələnib.