"Qoy gedək işimizi görək" - Gədəbəydə reyddə gərginlik (Video)

24 Avqust 2017 21:25 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, növbəti reyd ucqar dağ rayonu olan Gədəbəydə keçirilib. Yoxlamalar zamanı 10-dan çox avtomobildə texniki nasazlıq aşkarlanıb.

Gədəbəy rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava" aylığı çərçivəsində rayonun müxtəlif ərazilərində, reydlər keçiriblər. Bir neçə saat davam edən reyd zamanı göstəriciləri normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər. Avtomobilləri texniki tələblərə cavab verməyən sürücülər yazılan 50 manatlıq cərimə protokolunu birmənalı qarşılamayıblar.

Etirazlara baxmayaraq sürücülərə qanunun tələbləri izah olunmaqla barələrində müvafiq tədbir görülüb.

Ümumilikdə gün ərzində 30-a yaxın avtomobil yoxlanılıb. 12 avtomobilin havanı çirkləndirdiyi müəyyən edilib.

Sürücü: "Qoy gedək işimizi görək. Əlimdə işim var. Xarabdı deyə aparıb qapıya ataq?"

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları texniki cəhətdən saz vəziyyətdə olmayan avtomobil sürücülərinə bir daha xəbərdarlıq edərək onları qaydalara əməl etməyə çağırırlar. Reydlər avqustun sonunadək davam edəcək.