Hərbi təlim zamanı tank aşdı, bir hərbçi öldü

18 Fevral 2013 09:35 (UTC+04:00)


Hadisə fevralın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb. Hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Qəzənfər oğlu Bəylərovun idarə etdiyi tank xəndəyə düşərək aşıb. M. Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin qəza nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyib.

AzNews.az