Milli Kəşfiyyat Təşkilatı Ərdoğana tabe olacaq

25 Avqust 2017 11:29 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət fövqəladə vəziyyət rejimi əsasında belə bir qərar qəbul edib.

Qeyd edək ki, 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə edilən cəhddən sonra hökumət fövqəladə vəziyyət elan edib.

Yeni qərarlar əsasında, Milli Kəşfiyyat Təşkilatının müşavirinə qarşı istintaq başladılması Ərdoğanın icazəsindən asılı olacaq.

Bəxtiyar Abbasov

AzNews.az